Süni intellekt sahəsində fəaliyət göstərən Çinin “DeepSeek” şirkəti özünün yeni “DeepSeek-R1” adlı modelini təqdim etdikdən qısa müddət sonra istifadəçi sayında kəskin artım olub.
KOB TV xəbər verir ki, istifadəçi sayının kəski artması “DeepSeek”ə məxsus saytın işində problemlərə səbəb olub. Hətta bu səbəbdən Çin şirkəti istifadəçi sayına məhdudiyyətlər tətbiq edib.
“DeepSeek” yeni modelinin istifadəyə verilməsinin ən böyük təsiri isə ABŞ-ın texnologiya şirkətlərinə olub. ABŞ-ın “Nvidia” şirkətinin səhimlərinin ucuzlaşması səbəbindən 500 milyard dollar itirib. ABŞ səhm bazarında isə ümumilikdə 1 trilyon dollar geriləmə olub.
Çin şrktinin yeni həmləsi texnologiya sektorundan pul qazanan ABŞ milyarderinin də sərvətinə təsirsiz ötüşməyib. “Oracle Corp.”un sahibi Larri Ellison son bir gündə 22,6 milyard dollar itirib.
Məsələyə ABŞ Prezidenti Donald Tramp da münasibət bildirib və startapın uğurunu “həyəcanverici siqnal” adlandırıb.
Dünya birjalarında, xüsusən də ABŞ texnologita sektorunda baş verənlərin əsas səbəbi isə odur ki, “DeepSeek” şirkətinin yeni modelinin qiyməti ənənəvi süni-intellekt modellərində dəfələrlə ucuz başa gəlib.