Bazar ertəsi, Avqust 18, 2025
spot_img

Danışmadan milyonlar qazanan adam

“TikTok” sosial şəbəkəsində 162,4 milyon izləyicisi olan Seneqal əsilli italyan bloger Khaby Lame 2024-cü ildə paylaşdığı videolara görə 20 milyon dollar qazanıb.

KOB TV xəbər verir ki, Khaby Lame “TikTok”da paylaşdığı hər videoya görə 750 min dollar əldə edir.

Məlumat üçün bildirək ki, 2000-ci ildə Seneqalda anadan olan Khaby Lame bir yaşı olanda ailəsi ilə birgə İtaliyaya köçüb. İtaliyanın Çivasso şəhərində sosial evlərdə böyüyüb.

2020-ci ilin mart ayından “TikTok”da videolar paylaşmağa başlayıb. Videolarında o,əsasən bəsit bir şeyi mürəkkəb formada göstərən başqa videoların necə məntiqsiz olduğunu göstərir. Çəkdiyi videoların heç birində danışmır.

Khaby Lame digər sosial şəbəkələrdə də böyük izləyici kütləsinə sahibdir. “İnstagram” sosial şəbəkəsində Khaby Lamenin 81,2 milyon, “Youtube”də 12,2 milyon, “Facebook”da isə 2,7 milyon izləyicisi var.

Məşhur olmamışdan əvvəl Khaby bir zavodda “CNC machine operator” vəzifəsində işləyib.

Bənzər xəbərlər

spot_img

Xəbər lenti