Çərşənbə axşamı, Avqust 19, 2025
spot_img

Azərbaycan ötən il Avropaya qaz ixracını 9% artırıb

Azərbaycandan ötən il Avropaya təxminən 12,9 mlrd. Kubmetr qaz ixrac olunub, bu da illik müqayisədə 9,3% artım deməkdir.

KOB TV xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Məlumata görə, hesabat dövründə Türkiyəyə 9,9 mlrd. kubmetr, Gürcüstana isə 2,4 mlrd. kubmetr qaz ixrac olunub.

“Bu dövrdə TANAP-la Türkiyəyə 5,6 mlrd. kubmetr qaz nəql edilib. Ötən il xaricə qaz satışı 2023-cü illə müqayisədə təqribən 5,8 % çoxdur”, – paylaşımda qeyd olunur.

Bənzər xəbərlər

spot_img

Xəbər lenti