2024-cü ilin yekununa olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən 22 bank arasında ən yüksək depozit portfeli “Beynəlxalq Bank” ASC-yə (ABB) məxsus olub.
KOB TV xəbər verir ki, ötən ilin yekununda hüquqi və fiziki şəxslərin ABB-də yerləşdirdiyi depozitlərin həcmi 10 milyard 6,5 milyon manat olub. Ən az depozit portfelinə sahib olan bank isə “Bank Avrasiya” olub. Bu bankda depozitlərin cəmi məbləği 63 milyon manat təşkil edib.
Aşağıdakı cədvəldə bankların depozit portfeli əks olunub: