Bazar ertəsi, Avqust 18, 2025
spot_img

Dünyada ən çox nefti və qazı olan ölkələr – SİYAHI

Dünyada neft ehtiyatlarının həcmi 1 trilyon 564,4 milyard barel (209,7 milyard ton), təbii qaz ehtiyatlarının həcmi isə 210 trilyon kub metr təşkil edir.
Bu barədə məlumat Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC – The Organization of the Petroleum Exporting Countries) açıqladığı sonuncu hesabatda qeyd olunub.
Bildirilir ki, ümumi neft ehtiyatlarının böyük hissəsi – 1 trilyon 243,5 milyard bareli (166,7 milyard ton) OPEC-ə daxil olan dövlətlərin payına düşür. Neft ehtiyatlarının təxminən 119 milyard bareli isə keçmiş SSRİ-yə daxil olan ölkələrdə cəmlənib.
Dünyada 10 milyard bareldən çox neft ehtiyatı olan 15 ölkə var:
Venesuela – 303,2 milyard barel;
Səudiyyə Ərəbistanı – 267,2 milyard barel;
İran – 208,6 milyard barel;
İraq – 145 milyard barel;
Birləşmiş Ərəb Əmrlikləri – 113 milyard barel;
Küveyt – 101,5 milyard barel;
Rusiya – 80 milyard barel;
ABŞ – 55,3 milyard barel;
Liviya – 48,4 milyard barel;
Nigeriya – 37 milyard barel;
Qazaxıstan – 30 milyard barel;
Çin – 27 milyard barel;
Qətər –  25,2 milyard barel;
Braziliya – 13,2 milyard barel;
Əlcəzair – 12,2 milyard barel.

Qeyd edək ki, dünyadakı təbii qaz ehtiyatlarının isə təxminən 1/3-i – 75 trilyon kub metri OPEC-ə daxil olan dövlətlərin payına düşür. Təbii qaz ehtiyatlarının təxminən 82,3 trilyon kub metri isə Yaxın Şərq ölkələrində cəmlənib.
Dünyada 3 trilyon kub metrdən çox təbii qaz ehtiyatı olan 10 ölkə var:
Rusiya – 47,7 trilyon kub metr;
İran – 34 trilyon kub metr;
Qətər – 23,8 trilyon kub metr;
Türkmənistan – 13,9 trilyon kub metr;
Səudiyyə Ərəbistanı – 9,5 trilyon kub metr;
Birləşmiş Ərəb Əmirlikləri – 8,2 trilyon kub metr;
Nigeriya – 5,9 trilyon kub metr;
Vensuela – 5,5 trilyon kub metr;
Əlcəzair – 4,5 trilyon kub metr;
İraq – 3,7 trilyon kub metr.

OPEC-in hesabatında həmçinin göstərilir ki, Azərbaycanda neft ehtiyatlarının həcmi 7 milyard barel, təbii qaz ehtiyatları isə 2 trilyon kub metrə bərabərdir.

Bənzər xəbərlər

spot_img

Xəbər lenti