Dünyada hərbiyə ən çox pul xərcləyən ölkə ABŞ-dır.
KOB TV xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat verib.
Məlumatda qeyd edilir ki, ABŞ-dan sonra hərbiyə ən çox vəsait ayıran 8 ölkə bunlardır:
- Çin – 309 milyard $
- Rusiya – 126 milyard $
- Hindistan – 83 milyard $
- Səudiyyə Ərəbistanı – 74 milyard $
- Birləşmiş Krallıq – 69 milyard $
- Ukrayna – 62 milyard $
- Almaniya – 61 milyard $
- Fransa – 57 milyard $
Onu da bildirək ki, yanvar ayında ABŞ Prezidenti Donald Tramp NATO-nun Avropa üzvlərini ümumi daxili məhsullarının (ÜDM) 5 faizini müdafiəyə ayırmağa çağırıb. NATO-nun baş katibi Mark Rutte də üzv dövlətlərdən müdafiə xərclərini artırmalarını istəyib.