Çərşənbə axşamı, Avqust 19, 2025
spot_img

Mehdiabaddan “28 May”a qədər tramvay xətti olacaq

Hazırda tramvayın təşkili ilə bağlı AYNA tərəfindən müəyyən təhlilər aparılır. Tramvayın daşınma payı da nəzərə alınmaqla müəyyən əraziləri əlaqələndirməsi müəyyən edilir. 

KOB TV xəbər verir ki, bunu AYNA-nın İctimai Nəqliyyat Şöbəsinin müdiri Emin Məcidov bildirib.

O qeyd edib ki, hazırda ərazilər müəyyənləşdirilməyə çalışılır.

“Misal olaraq Mehdiabad ərazisindən Azadlıq prospekti boyunca və 28 May metrostansiyasınadək yaradılması düşünülür. Düşünürəm ki, aparılan bu təhlillərə əsasən hansı ərazilərdə tramvay xəttinin bərpa edilməsinin effektivliyi nəticəyə əsasən göstəriləcək”, – o, İctimai televiziyanın efirində deyib.

Qeyd edək ki, ötən həftə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov da bu barədə danışıb. O bildirib ki, Bakıda tramvayların effektiv olacağı ərazilər müəyyənləşdirilib.

Plana əsasən, 2040-cı ilə qədər tramvay şəbəkəsinin 54.6 kilometr uzunluğunda olması nəzərdə tutulub. Ümumilikdə 78 stansiya və dayanacağın yaradılcağı bildirilir

Bənzər xəbərlər

spot_img

Xəbər lenti