Çərşənbə axşamı, Avqust 19, 2025
spot_img

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13,6% artıb

2024-cü il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 15 milyard 808 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 538 milyon manat çoxdur.

KOB TV xəbər verir ki, qeyri-neft-qaz sektorunda daxilolmalar 11 milyard 27,4 milyon manata yaxın təşkil edib, büdcəyə proqnozdan əlavə 337,3 milyon manatdan çox vəsait daxil olub. 2023-cü illə müqayisədə bu sektordan vergi daxilolmaları 1,3 milyard manat və ya 13,6 faiz artıb.

Ödənilən vergilərin 69,8 faizi qeyri-neft-qaz sektorunun, 30,2 faizi isə neft-qaz sektorunun payına düşüb.

Bənzər xəbərlər

spot_img

Xəbər lenti