Çərşənbə axşamı, Avqust 19, 2025
spot_img

SOCAR 6 ayda 1,5 milyard manat xalis mənfəət əldə edib

Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 1 milyard 545 milyon manat xalis mənfəət ilə başa vurub.

KOB TV xəbər verir ki, şirkət 2023-cü ilin eyni dövrünü 1 milyard 414 milyon manat xalis mənfəət ilə bağlamışdı.

Beləliklə, SOCAR-ın yarımillik xalis mənfəəti 131 milyon manat və ya 9,3% artıb.

SOCAR-ın satışdan gəlirləri 2023-cü ilin ilk 6 ayında 42 milyard 181 milyon manat ikən, 2024-cü ilin ilk 6 ayında 45 milyard 54 milyon manat təşkil edib (2 milyard 873 milyon manat və ya 6,8% artıb).

30 İyun 2024-cü il tarixində SOCAR 72 milyard 581 milyon manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 71 milyard 966 milyon manat cəmi aktivlərə malik idi.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“SOCAR”) 13 sentyabr 1992-ci il tarixli Prezident Fərmanı ilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilib.  SOCAR hasilat, nəqletmə və emal əməliyyatları ilə məşğul olur. SOCAR-ın əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı, nəql edilməsi, eləcə də neftin, qazın, neft məhsullarının satışından ibarətdir. SOCAR 100 faiz Azərbaycan dövlətinə məxsusdur.

Bənzər xəbərlər

spot_img

Xəbər lenti